Təbrizdəki konsulumuz yol qəzasında həlak oldu

22:33 23.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Təbriz şəhərindəki konsulu avtomobil qəzasında dünyasını dəyişib.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında məlumat verib.

“Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində dünyasını dəyişməsi xəbəri bizi dərindən sarsıtdı”, - məlumatda deyilir.